RU

Macarıstan Rusiyaya qarşı sanksiyaları bloklayacaq - SƏBƏB?

Drujba boru kəməri ilə Rusiya neftinin tədarükünün dayandırılması səbəbindən Rusiyaya qarşı 20-ci Aİ sanksiya paketinin qəbul edilməsini bloklayacağıq.

Bakıvaxtı.az “LeParisien.fr”ə istinadən xəbər verir ki, bu barədə

Macarıstanın xarici işlər naziri Peter Sijjarto bildirib. O qeyd edib ki, bu gün Xarici İşlər Nazirləri Şurasının iclasında 20-ci sanksiya paketinin qəbul edilməsi planlaşdırılır. Biz bu qərarı bloklayacağıq:

"Ukraynalılar Macarıstana neft tədarükünə icazə vermədikcə, biz də onlar üçün vacib qərarların qəbul edilməsinə icazə verməyəcəyik".

Qeyd edək ki, Macarıstan və Slovakiya Ukraynanı bu iki Aİ ölkəsinə siyasi təzyiq göstərmək məqsədilə öz ərazisindən keçən Drujba boru kəməri vasitəsilə iqtisadiyyatları üçün vacib olan Rusiya neftinin tədarükünü dayandırmaqda ittiham edir. Kiyevin sözlərinə görə, boru kəməri 27 yanvarda Rusiyanın hava hücumları nəticəsində zədələnib.

Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsinin başlamasından sonra Avropa İttifaqı Rusiyadan əksər neft idxalına qadağa qoyub. Lakin Mərkəzi Avropa ölkələrinə alternativ həllər tapmaq üçün vaxt vermək məqsədilə Drujba boru kəməri (rusca "dostluq") müvəqqəti olaraq istisna edilib.

Aydın Baxış

Избранный
14
bakivaxti.az

1Источники