RU

Reform UK hər il 288 min nəfəri deportasiya etməyi planlaşdırır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyada sağ populist mövqeyi ilə tanınan "Reform UK" partiyası seçkilərdə qələbə qazanacağı təqdirdə, ABŞ-ın Amerika İmmiqrasiya və Gömrük Mühafizəsinin (Immigration and Customs Enforcement - ICE) qurumuna bənzər struktur yaradaraq hər il 288 min nəfəri ölkədən deportasiya etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin əldə etdiyi çıxış mətnindən sitatlar dərc olunub.

“Biz sərhədlərimizin təhlükəsizliyini təmin edəcək, Avropa İnsan Hüquqları Məhkəməsindən çıxacaq və ölkədə qanunsuz yaşayan şəxsləri deportasiya edəcəyik. Britaniya xalqına mesajım sadədir: sərhədlərimizi qoruyacağam və sizin özünüzü təhlükəsiz hiss etməyinizə nail olacağam”, - deyə Partiyanın sədri Zia Yusuf fevralın 23-də edəcəyi çıxışda bildirəcək.

Nəşrin yazdığına görə, yeni qurum “Britaniya Deportasiya Komandanlığı” adlanacaq. Qurumun eyni vaxtda 24 min miqrantı saxlaması və gündə beşədək aviareys təşkil etməklə ildə 288 min nəfəri ölkədən çıxarması nəzərdə tutulur.

Qəzetin məlumatına əsasən, Yusuf çıxışında həmçinin “islamçı ekstremizmə qarşı sıfır tolerantlıq siyasəti” yürüdəcəyini vəd edəcək. “Biz Britaniya mədəniyyətini qoruyacağıq. Çünki mədəniyyətsiz millət deyil, sadəcə iqtisadi zonadır. Britaniyanın xristian irsini saxlayacaq və kilsələrin məscidə və ya digər ibadət məkanlarına çevrilməsi kimi təxribatçı təcrübələrə son qoyacağıq”, - deyə qəzey partiya liderinin çıxışından əldə etdiyi sitata istinadən bildirib.

Hazırda "Reform UK" ictimai rəy sorğularında həm hakim Leyborist, həm də müxalif Mühafizəkar partiyalarını geridə qoyur. Son sorğular göstərir ki, əgər parlament seçkiləri indi keçirilsəydi, “reformçular”ın lideri Naycel Farajın baş nazir olmaq üçün ən yüksək şansa malik namizəd olardı.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
bizimyol.info

1Источники