RU

Kürdəmirdə “Audi” 4 nəfəri birdən vurdu

Kürdəmirdə ağır yol qəzası baş verib.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb. 

 

Belə ki, “Audi” markalı avtomobilin sürücüsü həmin ərazidə hərəkətdə olarkən binanın qarşısında dayanan ikisi azyaşlı olmaqla 4 nəfəri vurub.

 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

TƏBİB-dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, 22.02.2026-cı il tarixində saat 21 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Избранный
19
2
senzor.az

5Источники