RU

Avropalılar təhlükəsizlik məsələsindən narahatdırlar

Bakı, 23 fevral, AZƏRTAC

Avropalıların 68 faizi ölkələrinin təhlükədə olduğunu hesab edir, 42 faizi isə şəxsi təhlükəsizliklərinin risk altında olduğu qənaətindədir.

AZƏRTAC xəbər verir ki, Brüsseldə yerləşən “Demoscopy” şirkətinin Avropa Komissiyasının müraciəti əsasında apardığı ictimai rəy sorğusunun nəticələri bunu göstərir. Avropa İttifaqına üzv 27 ölkədə 27 min nəfər arasında aparılmış sorğuya əsasən, ölkələrinin təhlükədə olduğunu düşünənlər əsasən Fransa, Niderland, Danimarka və Almaniyada yaşayanlardır.

Müdafiə sahəsinə investisiyalara gəlincə, rəyi soruşulanların 32%-i Avropa İttifaqının, 34%-i isə öz ölkələrinin bu sahədə yetərli addımlar atmadığını hesab edir.

Избранный
26
2
azertag.az

3Источники