RU

Tramp səsini dəyişərək Konqresə ZƏNG ETDİ: Demokratları “axmaq” ADLANDIRDI – VİDEO

Tramp səsini dəyişərək Konqresin canlı yayımına zəng edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ Konqresinin iclasının canlı yayımı zamanı maraqlı və qalmaqallı hadisə baş verib. “Con Barron” adlı bir şəxs birbaşa efirə zəng vuraraq demokratların liderini “axmaq” adlandırıb.

Həmin şəxs həmçinin Ali Məhkəmənin gömrük rüsumlarını ləğv etmək barədə son qərarını kəskin tənqid edərək, bunu “həyatında gördüyü ən pis məhkəmə qərarı” adlandırıb.

Sosial şəbəkə istifadəçiləri və bir çox media nümayəndələri zəng edən şəxsin əslində Donald Tramp olduğunu iddia edirlər.

Hesab olunur ki, o, tanınmamaq üçün burnunu sıxaraq səsini dəyişməyə çalışıb.

Maraqlıdır ki, Donald Tramp 80-90-cı illərdə özünü tərifləmək və mətbuatla əlaqə saxlamaq üçün məhz “Con Barron” təxəllüsündən istifadə edirdi.

Hələlik bu iddianın rəsmi təsdiqi yoxdur. Ekspertlər zəng edənin həqiqətənmi prezident, yoxsa sadəcə səsini ona bənzədən peşəkar bir parodiyaçı olması barədə mübahisə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
20
interpress.az

1Источники