Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün Misli Premyer Liqasının XXI turunda “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Şamaxı”nı qəbul edib.
Axar.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov maraqlı iddia ilə çıxış edib.
O bildirib ki, Quba Olimpiya İdman Kompleksinin stadionunun qapıları normadan 11 sm hündür imiş:
“Bu stadiona xeyrimiz oldu. Əvvəl bu stadionun qapıları normadan 11 sm hündür idi. Bu gün onu düzəltdilər”.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirib. O, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.