RU

Kürdəmirdə ağır qəza nəticəsində bir neçə nəfər xəsarət alıb - YENİLƏNİB

Kürdəmirdə xəsarət alan piyadaların adı məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bunlar Kürdəmir şəhər sakini, 1965-ci il təvəllüdlü Abdullayeva Şahnaz Babamkişi qızı, 2014-cü il təvəllüdlü Abdullayev Rafiq Rauf oğlu, rayonun Atakişili kənd sakinləri, 1986-cı il təvəllüdlü Əzizova Şairə Rafiq qızı və 2013-cü il təvəllüdlü Əzizova Yağmur Rəşad qızıdır.

***

22:36

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili 4 nəfəri vurub. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı xəsarət alanların ikisinin azyaşlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
13
apa.az

1Источники