RU

U 17 Azərbaycan çempionatında rekord sayda komanda və boksçu mübarizə aparacaq

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fevralın 23-də yeniyetmə boksçular arasında Azərbaycan çempionatına start veriləcək.

Fanat.Az Boks Fedrasiyasına istinadən xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlarda 14, qızlarda 9 çəki dərəcəsindı mükafatçılar müəyyənləşəcək.

U-17 Azərbaycan çempionatına respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 82 komandanın 459 boksçusu (410 oğlan, 49 qız) qatılacaq. Bu, ölkə çempionatlarında yeni rekorddur. Bunadək ən yaxşı göstərici 2024-cü il qeydə alınıb – 74 komandadan 408 boksçu.

Yarışın açılış mərasimi sabah, saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq. Qaliblərin adına isə martın 1-də aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan çempionatının supervayzeri estoniyalı Yakov Peterson, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Döyüşləri yerli referilərlə yanaşı, neytral hakimlər – Yay Olimpiya Oyunları və dünya çempionatları təcrübəsi olan Atarbayar Byambabayar (Monqolustan), Coşua Tobar Lomas (Ekvador), Muhsin Suilmi (Mərakeş), Jonqjin Kim (Cənubi Koreya), Davut Kanuni (Türkiyə) və Muhamed Besmi (Əlcəzair) da idarə edəcəklər.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
8
fanat.az

10Источники