Malayziya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə saat 16:57-də (Bakı vaxtı ilə 20:57), Kudat şəhərindən 62 kilometr qərbdə qeydə alınıb.
Bu şəhər Malayziyanın şərqində yerləşir və əhalisinin sayı 32,3 min nəfərdir.
USGS mütəxəssisləri qeyd ediblər ki, zəlzələ ocağı 620 kilometr dərinlikdə yerləşib.