“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı olub. Bağırov 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Futbolçularıma təşəkkür etmək istəyirəm, yaxşı vuruşdular. Qələbə qazana bilməsək də, paltardəyişmə otağında onlara təşəkkür etdim.
Ani diqqətsilik xal qazanmağımıza mane oldu. Bu da uşaqlar üçün yaxşı bir təcrübə oldu. Rəqibin dəyişikliklərini, görsəz, bizimkilərə baxsaz, balansı görərsiz. Heyətimiz geniş deyil, rotasiya imkanlarımız yoxdur. Premyer Liqada qalaq, qalan şeylər düzələcək. Yeni mövsümdə komandada qalıb-qalmayacağımla bağlı qərar verilməyib.
Bundan başqa, azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bu soyuq havada bizi dəstəkləməyə gəlmişdilər.
Bu gün Azərbaycanda hörmət ediləsi klub varsa, o da “Qarabağ”dır. Azarkeşlər hansı məqsədlə onların əleyhinə şüarlar səsləndiriblər, onu mən bilmirəm”.