RU

Bryansk vilayəti kütləvi hücum altındadır

ain.az, Reyting.az saytına istinadən bildirir.

Rusiyanın Bryansk vilayəti kütləvi hücuma məruz qalır.

Reyting.az xəbər verir ki, bunu Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri hava hədəflərini məhv edir:

"Müdafiəçilərimiz Bryansk vilayətində kütləvi hücumları dəf etməyə çalışırlar. Hazırda hava hədəflərinin aşkarlanması və məhv edilməsi davam edir".

Vilayət qubernatoru sakinləri təhlükəsizlik tədbirlərinə riayət etməyə və şübhəli obyektlərə yaxınlaşmaqdan çəkinməyə çağırıb.

Bu arada, Müdafiə Nazirliyi Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin ölkənin bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 71 pilotsuz təyyarəni vurduğunu bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
reyting.az

1Источники