RU

“Qarabağ”la ədavətimiz yoxdur” Azər Bağırov

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Kəpəz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Futbolçularım yaxşı mübarizə apardılar. Qələbə qazana bilməsək də, onlara təşəkkür etdim.

– Bu gün hazır komanda görünürdü meydanda. Bir xal üçün nə çatmadı?

– Ani diqqətsizlik qola səbəb oldu. Oyunun sonlarında belə qol buraxmaq istəməzdik. Zonaları bağlamışdıq, sadəcə həmin diqqətsizlik məğlubiyyətə səbəb oldu.

– Əvəzetmələr oyuna yaxşı qoşula bilmədi…

– Ən yaxşıları meydana buraxdıq. Ehtiyatda vinger yox idi. Müdafiəçini o mövqe üçün buraxdıq. Uşaqlar təcrübə qazandılar. Bu gün onlar əsl futbol oynadılar. Fürsətdən istifadə edib, bizi bu gün dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

– Ötən illə müqayisədə bu il komandanı liqada saxlamaq nə dərəcə çətindir?

– Keçən mövsüm daha çox legionerimiz var idi. Bu il ən az əcnəbi futbolçu bizdədir. Bacardığımız qədər rotasiya edirik, amma istədiklərimiz tam alınmır. “Turan Tovuz”la oyunda rəqibdə 2 azərbaycanlı var idi, biz də 9. Bu gün də eyni qaydada. Bu gün bir epizod oldu ki, “Sabah”ın irəli çıxan bütün oyunçuları legioner idi.

– Sizin komandada qalacağınız dəqiqdir?

– Hələ qərar verilməyib.

– “Kəpəz” azarkeşləri ötən oyunda “Neftçi” azarkeşləri ilə birlikdə “Qarabağ” aleyhinə şüarlar səsləndirirdi…

– Eşitməmişəm. “Qarabağ”la ədavətimiz yoxdur. Bu gün Azərbaycanın Avropada ən hörmətolunası komandası “Qarabağ”dır. Azarkeşlərin nə üçün belə dediyini bilmirəm. Mən eşitməmişəm.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
futbolpress.az

2Источники