ABŞ, İranın nüvə razılaşması planını 48 saat ərzində alacağı təqdirdə, onunla yeni danışıqlar raunduna hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ nümayəndələri fevralın 27-də Cenevrədə İranla yeni danışıqlar raundu keçirməyə hazırdırlar.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt daha əvvəl ABŞ-İran danışıqlarında müəyyən irəliləyişlər olduğunu, lakin tərəflərin hələ də bir-birindən uzaq olduğunu bildirmişdi.