Dəfələrlə dediyim kimi, mən Səudiyyə Ərəbistanına məxsusam.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo deyib.
"Bu ölkə məni, ailəmi və dostlarımı qarşıladı. Mən bu ölkədə çox xoşbəxtəm. Qərarım aydındır, burada olmaq istəyirəm", - Ronaldo bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kristiano Ronaldoya müraciət edərək, ölkəsinə dəvət etmişdi.
Milli.Az