"Barselona"da prezidentliyə namizəd Ksavye Vilajoana "Bayern Münhen"in hücumçusu Harri Keynin transferi üçün ilkin təmaslara başlayıb.
Fanat.Az xəbər verir ki, namizəd seçkilərdə qalib gələcəyi təqdirdə ingiltərəli ulduzu Kataloniya klubuna gətirməyi hədəfləyir.
ESPN-in verdiyi məlumata görə, yayda təxminən 57 milyon funt-sterlinq sərbəstqalma məbləği olan Keyn hazırda Almaniya klubu ilə yeni müqavilə danışıqlarını da davam etdirir.
Qeyd edək ki, almaniyalı "qol maşını" bu mövsüm çıxdığı 35 matçda 41 qol və 5 asistlə fərqlənib.