Qafqazinfo xəbər verir ki, rəsmi Tehranın bu qərarı "qarşılıqlılıq" prinsipi əsasında qəbul edilib.
İran tərəfinin bəyanatında qeyd olunur ki, Aİ-nin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "terror təşkilatı" kimi tanıması qanunsuzdur:
"Çünki bu qurum ölkənin rəsmi silahlı qüvvələrinin bir hissəsidir. Buna cavab olaraq, rəsmi Tehran Avropa dövlətlərinin hərbi hava və dəniz bölmələrini terrorçu elan edərək analoji addım atıb".
Xatırladaq ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas quruma üzv ölkələrin nazirlərinin SEPAH-la bağlı ortaq qərar qəbul etdiyini bildirmişdi. Kallas bu addımı "Təzyiq cavabsız qala bilməz" şüarı ilə elan edərək, İranın daxili və xarici siyasətinə qarşı sanksiyaların genişləndirildiyini vurğulamışdı.