BAKI, 22 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXI turunun növbəti oyunu “İmişli” və “Şamaxı” komandaları arasında baş tutub.
Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə hesab açılmayıb - 0:0.
Matçın baş hakimi Rəşad Əhmədov olub.
Bununla da səkkizinci sırada qərarlaşan “Şamaxı” xallarının sayını 25-ə çatdırıb. “İmişli” 20 xalla doqquzuncudur.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Sabah” - “Kəpəz” matçı ilə yekun vurulacaq. Qarşılaşma saat 17:00-da start götürəcək.