RU

Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Aşihara karate üslubu üzrə turnir təşkil olunub

Ötən gün 21 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə Bakı Texniki Universitetinin idman zalında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Aşihara karate üslubu üzrə turnir keçirildi.

Turnirdə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmov, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi AKF-in İdarə Heyətinin üzvü Marif Bağırov, federasiyanın baş katibi Qabil Sayadov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, Aşihara Karate Üslubunun sədri Şahin Bağırov, eləcə də digər qonaqlar, məşqçilər və hakimlər heyəti iştirak ediblər.

Turnirin keçirilməsinin əsas məqsədi Xocalı şəhidlərinin xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və Aşihara karate idman növünün inkişafına dəstək vermək olub.

Tədbirin açılış hissəsində idmançılar Azərbaycan Respublikasının üç rəngli bayrağı altında, idman arenasında dövlət himnimizi səsləndiriblər. İlk öncə Ulu Öndərin, Xocalı şəhidlərinin, 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən idman xadimləri vurğulayıblar ki, son zamanlar Azərbaycan Karate Federasiyası ölkəmizdə karate idman növünün sistemli şəkildə inkişaf etdirilməsi işində ardıcıl tədbirlər planı həyata keçirməkdədir. Federasiyasının prezidenti Ülvi Quliyev çıxışında bildirib ki, Azərbaycan Karate Federasiyası karate hərəkatının inkişafı, idmançılarımızın qələbə əzminin möhkəmləndirilməsi və gələcək beynəlxalq uğurların təmin edilməsi yönündə planlı fəaliyyətini davam etdirir. Yarış çərçivəsində muğam ifaçılarının çıxışı və karateçilərin göstərdikləri nümunəvi çıxışlar yaddaqalan olub.

Yarışda Bakı ilə yanaşı Abşeron, Göygöl və ölkənin müxtəlif bölgələrini təmsil edən, ümumilikdə 100 dən çox idmançı müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə mübarizə aparıblar.

Yarışın yekununda müxtəlif yaş və çəki kateqoriyalarında fərqlənən idmançılar Gənclər və İdman Nazirliyi, eləcə də AKF tərəfindən təsis etdiyi medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, bu cür turnirlər şəhidlərimizin unudulmaması, gənc nəslin fiziki və mənəvi cəhətdən güclü yetişməsi üçün böyük önəm kəsb edir.

Murad Şahməmmədov

Избранный
17
oxumeni.az

1Источники