“Barselona” sıralarına 16 yaşlı istedad cəlb edəcək.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu “Norviç”in oyunçusu Acay Tavareşin keçidini həll edib.
Yarımmüdafiəçi bazar ertəsi “Barselona” üçün tibbi müayinədən keçəcək. İngiltərəli futbolçunun əvvəlcə İspaniya nəhənginin U-19 komandası olan “Xuvenil A”ya qoşulacağı gözlənilir. Acayın bir müddət sonra kataloniyalıların əvəzedicilərdən ibarət komandasında oynamaq şansı olacaq.
Tavareş İngiltərənin U-17 yığmasında da çıxış edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта