RU

Tramp onun işdən çıxarılmasını istəyir

ABŞ prezidenti Donald Tramp "Netflix" şirkətini direktorlar şurasının üzvü, Barak Obama administrasiyasında milli təhlükəsizlik üzrə sabiq müşavir olmuş Syuzan Raysı vəzifəsindən azad etməyə çağırıb.

Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Netflix dərhal Trampa qarşı mübarizəyə aludə olmuş Syuzan Raysı işdən çıxarmalıdır", - deyə o bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Rays vəzifəsində qalacağı təqdirdə, Netflix mənfi nəticələrlə üzləşə bilər.

Tramp əlavə edib ki, Raysın nə istedadı, nə də bacarığı var. /APA

Milli.Az

Избранный
4
2
milli.az

5Источники