RU

"Çelsi" yeni sponsorla anlaşdı

"Çelsi" yeni forma sponsoru ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, London təmsilçisi ötən gün "Börnli" ilə baş tutan oyuna yeni sponsorun loqosu ilə çıxıb.

"Tribalfootball"-ın məlumatına görə, "zadəganlar"" Industrial AI IFS" ilə mövsümün sonuna qədər formalarının ön hissəsində loqotipin olması ilə bağlı razılığa gəlib.

2022/23 mövsümündən bəri, "Three" ilə müqavilənin müddəti bitdikdən sonra "mavilər" daimi forma sponsoru olmadan qalıb. Keçən il onlar DAMAC ilə yeddi oyunluq müqavilə imzalayıblar.

IFS ilə müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq, lakin loqotip yalnız yaya qədər formanın üzərində görünəcək. Müqavilənin dəyəri açıqlanmayıb.

Избранный
9
1
fanat.az

2Источники