RU

Xaricdə İranı müdafiə edən bəzi şəxsləri tələbə, turist, tacir adı ilə xaricə göndərən elə İrandır Video

ain.az, Bizimyol saytına istinadən bildirir.

“İslam Cümhuriyyətini İrandan xaricdə müdafiə edənlərin hamısı bir kateqoriyadan deyil. Gürcüstanda İslam Cümhuriyyətini müdafiə edənlərin bir qismi İrandan gedənlərdir. İran onları tələbə, turist, tacir adı ilə xaricə göndərib. Bir sıra insanlar da var ki, onlar fanatik dini və şiə adamlardır. Onlar İran hökümətini şiə höküməti kimi tanıyırlar, İran höküməti də onlardan istifadə edir. Bütün qonşu ölkələrdə İranın proksi qüvvələri var. İran saytlarında yazırlar ki, “əgər Amerika İranla müharibə etsə, İran qonşu Azərbaycan Respublikasında da əməliyyata başlayacaq və bu prosesdə hüseyinçilərdən istifadə edəcək”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, bunu rəsmi şəkildə bəzi hökümətə yaxın saytlar yazırlar və Azərbaycanı təhdid edirlər.

Maşallah Rəzmi

“İranın əsl qüvvələr - Hizbullah, husilər və s. onların çoxu neytrallaşdırılıb. Keçmişdə İran iddia edirdi ki, 5 paytaxtı kontrol edir: İraqı, Suriyanı, Yəməni, Livanı... Belə bir iddia vardı. 2023-cü ildə Hizbullah və HƏMAS kimi proksi qüvvələr öz güclərini itiriblər”-deyə Maşallah Rəzmi bildirib.

Maşallah Rəzminin İranla bağlı şərhini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
icma.az

1Источники