RU

Ukraynadan Macarıstan və Slovakiyanın təhdidlərinə cavab - ultimatumları Kremlə göndərin…



Ukrayna Xarici İşlər Nazirliyi Macarıstan və Slovakiya hökumətlərinin Ukraynanın “Drujba” boru kəməri vasitəsilə neft tranzitini bərpa etməməsi halında elektrik enerjisi təchizatını dayandıracaqları barədə bəyanatlarına münasibət bildirib.

Nazirlik bildirib ki, ultimatumlar Kiyevə deyil, Kremlə göndərilməlidir.

Nazirlik Macarıstan və Slovakiyanın hərəkətlərini məsuliyyətsiz adlandırıb və bütün regionun enerji təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb.

“Biz Macarıstan və Slovakiya hökumətlərini konstruktiv əməkdaşlığa və məsuliyyətli davranmağa çağırırıq. Ultimatumları Kiyevə deyil, Kremlə göndərin”, – deyə Ukrayna XİN bildirib.

Bəyanatda həmçinin qeyd olunub ki, Ukrayna gündəlik Rusiya zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturu məsələləri ilə bağlı Avropa Komissiyasının nümayəndələri ilə daim əlaqə saxlayır: “Biz Macarıstan və Slovakiya hökumətlərini “Drujba” neft kəməri infrastrukturuna edilən hücumların nəticələri barədə məlumatlandırdıq. Təhlükəsizlik və sabitləşdirmə işləri gündəlik yeni raket hücumları təhdidi şəraitində davam edir. Bundan əlavə, Ukrayna bu ölkələrə qeyri-Rusiya neftinin təmin olunması məsələsinin həlli üçün alternativ yollar da təklif edib”.

TAHİR

Избранный
11
baki-xeber.com

1Источники