RU

Azərbaycan gimnastı Dünya Kubokunu medalla başa vurdu

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Selcan Mahsudova uğurlu çıxışı ilə yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə gimnast fərdi proqramda 56.440 xal toplayaraq gümüş medalın sahibi olub. O, final mərhələsində sabit və texniki baxımdan dəqiq icra nümayiş etdirərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, 6 ölkədən 66 idmançının qatıldığı Dünya Kubokuna bu gün yekun vurulacaq. Turnir Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Избранный
28
90deqiqe.az

1Источники