RU

Selcan Mahsudova: “Niderlanddakı Dünya Kubokunda daha yaxşı çıxış edəcəm”

Ölkəmdə medal qazandığım üçün çox sevincliyəm.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanan batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova deyib.

O, nəticəsindən razı qaldığını söyləyib:

“Şəxsi rekordumu yenilədim. Bu, gələcəkdəki yarışlara da müsbət təsir göstərəcək. Uğurlar olduqca motivasiya da artır. Niderlanddakı Dünya Kubokunda daha yaxşı çıxış edəcəyimə ümid edirəm”.

İdmançı qardaşı Maqsud Mahsudovun beşinci yeri tutaraq fəxri kürsüdən kənarda qalmasına da münasibət bildirib:
 

“Onun gücü hamıya bəllidir. Maqsuddan medal gözləyirdik. Təəssüf ki, bu dəfə alınmadı. Amma bu, son deyil. Sinxron proqramda da çıxış edəcək”.


Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

Bizim.Media

Избранный
7
2
bizim.media

3Источники