RU

Muxtar Maniyevin oğlu ilə bağlı MARAQLI FAKTLAR

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində yeni təyinat olub.

Məlumata görə, müdafiə nazirinin əmri ilə Tural Maniyev idarə rəisinin müavini vəzifəsinə təyin edilib. Təyinatdan sonra ona polkovnik hərbi rütbəsi verilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Tural Maniyev ali hərbi təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Kara Harp Okulunda tamamlayıb. O, Azərbaycan Ordusunda müxtəlif məsul vəzifələrdə xidmət göstərib.

Tural Maniyev “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illik yubiley medalları ilə, həmçinin “Vətən müharibəsi iştirakçısı” döş nişanı ilə təltif edilib.

O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Xatırladaq ki, Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur.

Rəşid Muxtar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
bakivaxti.az

1Источники