"Çocuklar duymasın"ın aktrisası Pınar Altuğ açıqlaması ilə diqqət çəkib.
"Ölkə.az" xəbər verir ki, sənətçi özündən yaşca kiçik həyat yoldaşı Yağmur Atacanla evlilik səbəbini açıqlayıb:
"Biz uşağımız olsun deyə evləndik. Yağmur mənə "sənin ana olmaq yaşın gəldi" dedi. Mən də razılaşdım".
Qeyd edək ki, cütlüyün Su adlı bir qızı var. (olay.az)