RU

İran onları terror təşkilatı ELAN ETDİ

İran Xarici İşlər Nazirliyi Avropa İttifaqına (Aİ) üzv ölkələrin hava və dəniz qüvvələrinin terror təşkilatı siyahısına salındığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  rəsmi Tehranın bu qərarı "qarşılıqlılıq" prinsipi əsasında qəbul edilib.

İran tərəfinin bəyanatında qeyd olunur ki, Aİ-nin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "terror təşkilatı" kimi tanıması qanunsuzdur:

"Çünki bu qurum ölkənin rəsmi silahlı qüvvələrinin bir hissəsidir. Buna cavab olaraq, rəsmi Tehran Avropa dövlətlərinin hərbi hava və dəniz bölmələrini terrorçu elan edərək analoji addım atıb".

Xatırladaq ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas quruma üzv ölkələrin nazirlərinin SEPAH-la bağlı ortaq qərar qəbul etdiyini bildirmişdi. Kallas bu addımı "Təzyiq cavabsız qala bilməz" şüarı ilə elan edərək, İranın daxili və xarici siyasətinə qarşı sanksiyaların genişləndirildiyini vurğulamışdı.

Milli.Az

Избранный
7
5
milli.az

6Источники