RU

“Ultimatumlar Kiyevə deyil, Kremlə yönəldilməlidir” - FOTO

Ukrayna Xarici İşlər Nazirliyi Budapeşt və Bratislavanın Kiyev “Drujba” neft kəməri ilə neft tədarükünü bərpa etməyəcəyi təqdirdə elektrik enerjisinin verilişini dayandıracağı ilə bağlı təhdidlərinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, nazirlik bəyan edib ki, ultimatumlar və şantaj xarakterli addımlar qəbuledilməzdir:
 

“Ukrayna Macarıstan və Slovakiya hökumətlərinin elektrik enerjisi tədarükü ilə bağlı ultimatum və şantajlarını rədd edir və qınayır. Bu cür addımlar təxribat xarakteri daşıyır, məsuliyyətsizdir və bütün regionun enerji təhlükəsizliyini təhdid edir”, – deyə qurumun açıqlamasında bildirilib.


Rəsmi Kiyev vurğulayıb ki, təzyiq vasitələri Ukraynaya deyil, Rusiyaya qarşı yönəldilməlidir.


Bizim.Media

Избранный
21
bizim.media

1Источники