RU

Zidanın təyinatı zaman məsələsidi

Zinəddin Zidanın yeni iş yeri artıq böyük ölçüdə məlumdu.

"Football-plus.az" xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun bildirdiyinə görə, “Real”ın sabiq baş məşqçisi ilə Fransa Futbol Federasiyası arasında şifahi razılıq əldə edilib. O, bu yay keçiriləcək dünya çempionatından sonra Fransa yığmasının baş məşqçisi olacaq.

Romano qeyd edib ki, indi bütün diqqət mundiala və komandanın hazırkı baş məşqçisi Didye Deşamın işinə yönəlib, federasiya ona maksimum hörmət göstərir. Turnirdən sonra isə Zidanın məşqçilik fəaliyyətini bərpa edərək milli komandaya rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2021-ci ilin iyununda “Real”dan ayrıldıqdan sonra heç bir komandada işləməyib.

Избранный
14
football-plus.az

1Источники