RU

Dilinin və hərəkətinin bəlasına düşdü

Matias Almeyda gözlənilən aqibətdən qaça bilməyib. O, ağır cəzalanıb.

"Football-plus.az" xəbər verir ki, “Sevilya”nın baş məşqçisi İspaniya La Liqasının 24-cü turunun “Alaves”lə keçirilən oyunundakı davranışına görə sanksiyaya məruz qalıb.

1:1 hesabı ilə başa çatan matç zamanı qırmızı vərəqə alan mütəxəssis hakim İosu Apestequyya ilə kəskin mübahisə edib. Hətta mütəxəssisi meydandan klub rəsmiləri və polis əməkdaşları uzaqlaşdırmalı olublar. Nəticədə baş məşqçi 7 matçlıq diskvalifikasiya edilib. Almeyda bu cəza səbəbindən komandanın La Liqada qalan oyunlarının yarısını buraxmalı olacaq.

Məlumata görə, belə ağır cəza bir neçə qayda pozuntusuna görə tətbiq edilib. Bura hakimlə mübahisə etmək, ədalət təmsilçilərinəhörmətsiz yanaşma, intizam qaydalarına zidd davranış və meydandan qovulduqdan sonra paltardəyişmə otağına qayıtmaq daxildi.

Hazırda 26 xalla turnir cədvəlində 13-cü yeri tutan “Sevilya”nı təhlükəli zonadan 2 xal ayırır.

Избранный
17
football-plus.az

1Источники