RU

“Epişteyn işi”: Şahzadənin yanına 40 qadın gedib

Böyük Britaniya Kralı III Çarlz keçmiş Şahzadə Endryu Mauntbatten-Vindzorun pedofil Ceffri Epşteynlə əlaqələri ilə sənədlərə baxmağa icazə verib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Observer” qəzeti yazıb. Məlumata görə,  işi araşdıran detektivlərə sənədlərə və elektron poçtlara, eləcə də onun Böyük Britaniyanın ticarət elçisi kimi işi ilə bağlı hökumət sənədlərinə giriş imkanı veriləcək.

Kral ailəsinin mənbələrindən biri bildirib ki, müstəntiqlər Bukinqem Sarayındakı yüksək vəzifəli şəxslərin Epşteynlə bağlı 15 ildən çox davam edən istintaq zamanı “Endryunun nə etdiyini bildiyini və bunu gizlətdiyini” aşkar edəcəklər.

Keçmiş kral təhlükəsizlik zabiti Pol Peyc bildirib ki, 1998-ci ildən 2004-cü ilə qədər Bukinqem Sarayında keçirdiyi altı il ərzində Mauntbatten-Vindzoru "40-dan çox qadın" ziyarət edib.

Избранный
1
1
cebheinfo.az

2Источники