RU

Azərbaycan Kubokunun qalibi müəyyənləşir

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda qalibin adına aydınlıq gələcək. 

Fanat.Az xəbər verir ki, final qarşılaşmasında "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

Bakı İdman Sarayında baş tutacaq həlledici oyun saat 17:00-da start götürəcək.    

Qeyd edək ki, "Gəncə" yarımfinalda "Şəki"ni 97:71 hesabı ilə məğlub edərək finala yüksəlib. Qərb təmsilçisinin həlledici raunddakı rəqibi "Sabah" isə yarımfinalda "Ordu"dan üstün olub (83:66).

Azərbaycan Basketbol Kuboku
Final
22 fevral

 
17:00. "Sabah" - "Gəncə"

Bakı. İdman Sarayı.

Избранный
3
fanat.az

1Источники