RU

Erməni muzdlu əsgəri Göyçəyə çağırıb, qətlə yetirdilər

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Tavuş bölgəsinin sakini, 20 yaşlı müqaviləli əsgər Aram Xaçatryan Göyçədə öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, hadisə 21 fevral günortadan sonra şəhərin mərkəzi meydanında baş verib.

Belə ki, Aram Göyçəyə dəvət edilib və görüş yerinə çatanda ona bıçaqla hücum edilib. Aldığı yaralar ölümcül olub.

İki şübhəli şəxs müəyyən edilib və istintaq aparılır.

Onun altı aylıq xidmətdən sonra “Vətən Müdafiəçisi” proqramına müraciət etdiyi və son üç ay ərzində yaşayış yerinin yaxınlığında yerləşən hərbi hissədə xidmət etdiyi vurğulanır.

Qətlin səbəbi hələ müəyyən edilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
axar.az

1Источники