RU

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatından ayrılmaq niyyətində deyil

Bakı. Trend:

Beşqat "Qızıl top" mükafatının sahibi və "Əl-Nəsr" klubununportuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanıfutbol çempionatından ayrılmaq niyyətində deyil.

Trend-inməlumatına görə, bu barədə jurnalist Fabrisio Romano "X" sosialşəbəkəsində yazıb.

"Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada yaşamağa davam etməkistəyirəm. Bu, məni, ailəmi və dostlarımı isti qarşılayan birölkədir. Burada xoşbəxtəm və qalmaq istəyirəm", - deyə K.Ronaldobildirib.

Qeyd edək ki, futbolçunun "Əl-Nasr"la müqaviləsi 2027-ci ilinyayına qədərdir.

Избранный
21
2
az.trend.az

3Источники