RU

Misli Premyer Liqasında daha 2 oyun keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXI turun daha 2 oyunu keçiriləcək.

Day.Az xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 14:30-da başlayacaq. Hazırda "İmişli" 19 xalla 9-cu, "Şamaxı" isə 24 xalla 8-ci pillədə qərarlaşıb.

Günün son oyununda "Sabah" öz meydanında "Kəpəz"lə qarşılaşacaq. "Bank Respublika Arena"da keçiriləcək görüş saat 17:00-da start götürəcək. 49 xalı olan Bakı klubu turnir cədvəlinə başçılıq edir. Gəncə təmsilçisi isə 13 xalla 11-cı sırada yer alıb.

Qeyd edək ki, XXI turun əvvəlki oyunlarında "Turan Tovuz" "Zirə"yə, "Araz-Naxçıvan" "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Qəbələ" matçında qapılara qol vurulmayıb - 0:0. Turun "Neftçi" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Избранный
1
6
day.az

8Источники