
Gəncədə universitet tələbəsi futbol oynayarkən dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, ilkin məlumatlara görə, futbol oynayarkən 2007-ci il təvəllüdlü Təbriz Nuriyevin halı qəfildən pisləşib.
Bildirilir ki, ətrafdakıların müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun ürəktutmasından dünyasını dəyişdiyi ehtimal edilir.
Hazırda faktla bağlı araşdırma aparılır.