RU

Hüseyn Məhəmmədoğlu prezidentə müraciət edib VİDEO

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu televiziyalarda yayımlanan şou verilişləri ilə bağlı prezidentə müraciət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Klarnet ifaçısı bildirib ki, bu günə qədər nə şəraitinə, nə fəxri ada, nə də başqa bir şey üçün ölkə başçısına müraciət etməsə də, hazırda buna məcburdur: “Efirlərdə olan bu günkü vəziyyət bizi uçuruma aparır. Buna bizim xalqımız, qonşu xalqlarımız, sənət adamları da baxırlar. Çox hörmətli cənab prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və Mədəniyyət naziri Adil Kərimliyə müraciət edirəm”.

O, əlavə edib ki, efirlərimizdə olan biyabırçılıqlara çarə tapılması üçün xahiş edir: “Bəlkə sizin qarşınıza çıxmayıb. Amma bütün Azərbaycan sənətkarları artıq beziblər…”

Aynur Babazadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
bakivaxti.az

1Источники