RU

Uitkoff: Putin və Zelenski görüşə bilər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna ilə bağlı yeni danışıqlar raundunun yaxın üç həftə ərzində baş tutacağına ümid etdiyini bildirib.

Hakimiyyet.az xəbər verir ki, o, bunu "Fox News"a müsahibəsində bildirib.

Uitkoffun sözlərinə görə, hər iki tərəfə təqdim edilən təkliflər Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə səbəb ola bilər.

"Cared və mən ümid edirik ki, hər iki tərəfə növbəti üç həftə ərzində görüşə və hətta Zelenski ilə Putin arasında zirvə görüşünə səbəb olacaq bəzi təkliflər təqdim etmişik. Hansısa məqamda bu, hətta ABŞ Prezidenti ilə üçtərəfli görüşə də çevrilə bilər, görək", - o deyib.

Uitkoff həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı yaxın həftələrdə xoş xəbərlərin gələcəyinə ümid etdiyini bildirib.

Избранный
8
5
hakimiyyet.az

6Источники