RU

Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan edib

ABŞ Prezidenti Donald Tramp şəhər kanalizasiyasından Potomak çayına tullantı sularının axması səbəbindən ölkənin paytaxtında fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib.

Bu barədə Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bu, quruma yerli hakimiyyət orqanlarının fövqəladə vəziyyətin nəticələrinə qarşı bütün tədbirlərinin əlaqələndirilməsi, həmçinin yerli əhaliyə yardım göstərilməsi səlahiyyətləri verir.

Yanvarın ortalarında Merilend ştatında kanalizasiya borularının partlaması nəticəsində Potomak çayına 886 min kub metr tullantı suları axıb. Hadisə yerindən aşağı axında Vaşinqtonun hazırda bağlı olan su götürmə qurğuları yerləşir.

Fevralda ABŞ administrasiyasının rəhbəri Merilenddə genişmiqyaslı ekoloji fəlakət baş verdiyini deyərək ştat rəhbərliyini bacarıqsızlıqda ittiham edib.

MənbəREPORT
Избранный
10
11
banker.az

10Источники