RU

Uitkof Putin haqqında elə sözlər dedi ki...

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin görüş zamanı həmişə onunla dürüst olub.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"O, həmişə mənimlə dürüst olub. Mən nə vaxt bunu deyirəmsə, tənqid olunuram. Amma bu, həqiqətdir. O, mənə qırmızı xəttinin harada olduğunu dedi", - ABŞ rəsmisi Kreml rəhbəri haqqında danşarkən deyib.

Uitkoff onu da əlavə edib ki, onu Putinlə tez-tez görüşdüyünə görə tənqid edirlər. O, Rusiya prezidenti ilə səkkiz dəfə danışıqlar aparıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyinin öyrənilməsinin vacibliyini qeyd edib.

Избранный
24
publika.az

1Источники