RU

Uitkoff: Ukrayna üzrə yeni danışıqlar üç həftə ərzində baş tuta bilər

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Ukrayna ilə bağlı növbəti danışıqlar raundu qarşıdakı üç həftə ərzində keçirilə bilər.

APA xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Uitkoff qeyd edib ki, o və ABŞ prezidentinin kürəkəni Cared Kuşner tərəflərə müəyyən təkliflər təqdim ediblər və bu təkliflərin yaxın üç həftə ərzində tərəflərin görüşünə yol aça biləcəyinə ümid edirlər.

Diplomatın sözlərinə görə, bu proses sonradan Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında sammitə də gətirib çıxara bilər.

“Bəlkə də bu, hətta ABŞ prezidentinin də iştirak edəcəyi üçtərəfli görüşə çevrilə bilər. Görək necə olacaq. Düşünürəm ki, o, yalnız münaqişəni dayandıra və ən yaxşı nəticəyə nail ola biləcəyinə əmin olarsa, belə bir görüşdə iştirak etmək istəyəcək”, – deyə Uitkoff bildirib.

O, həmçinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yaxın həftələrdə “yaxşı xəbərlərin” ola biləcəyinə ümid etdiyini vurğulayıb.

Избранный
13
7
apa.az

10Источники