RU

Saç yuma ilə bağlı vacib XƏBƏRDARLIQ

Saçların tez-tez yuyulmasının zərərli olduğu ilə bağlı yayılan fikirlər bəzi hallarda ciddi problemlərə yol açır. Miflərə inanaraq saçını hər gün yumağı dayandıran bir şəxs isə sonradan saç tökülməsi ilə üzləşib.

Doğru.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, saçın uzun müddət yuyulmaması baş dərisində yağ, tər və ölü hüceyrələrin toplanmasına səbəb olur. Bu isə bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır və nəticədə qaşınma, iltihab, kəpək və saç tökülməsi müşahidə oluna bilər.

Mütəxəssislər bildirir ki, problem saçın hər gün yuyulmasında deyil, istifadə olunan şampun və digər vasitələrin düzgün seçilməməsindədir. Aqressiv tərkibli məhsullar baş dərisinin qoruyucu qatını zəiflədə bilər.

Həkimlər vurğulayır ki, ideal saç yuma tezliyi hər kəs üçün fərqlidir. Yağlı dəriyə sahib olan şəxslər saçlarını hər gün və ya iki gündən bir yuya bilər. Quru və həssas dəri tipində isə daha aralı yuma tövsiyə olunur.

Qeyd olunur ki, kondisioner və maskalar birbaşa baş dərisinə deyil, yalnız saçın uzunluğuna tətbiq edilməlidir.

Beləliklə, saçın hər gün yuyulması keçəlliyə səbəb olmur. Əsas məsələ – düzgün qulluq və fərdi yanaşmadır.

İlqam Cəbiyev

DOĞRU.AZ

Избранный
23
dogru.az

1Источники