Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tehranda ABŞ prezidenti Donald Trampın İran hakimiyyətinə yönəlmiş sərt bəyanatları fonunda gərginlik kəskin şəkildə artıb.
"Ölkə.az" xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, paytaxt sakinləri arasında narahatlıq və qorxu atmosferi hökm sürür.
Şəhər əhalisi yuxusuzluq və stressdən şikayət edir, bir çoxu isə ərzaq ehtiyatı toplamağa başlayıb. Hətta adi hadisələr belə panika yaradır, son günlər paytaxtda baş verən güclü ildırım bəzi sakinlər tərəfindən müharibənin başlanğıcı kimi qəbul olunub, İslam İnqilabının ildönümü münasibətilə atılan fişəng səsləri isə qorxu doğurub.
Əczaçılar sakitləşdirici və yüksək təzyiq əleyhinə dərmanlara tələbatın sürətlə artdığını bildirir. Bir çox tehranlı öz vəziyyətini "ümidsiz" adlandırır və yaxın təhlükə hiss etdiyini deyir.
Bəzi sakinlərin sözlərinə görə, onlar "geri çəkilməyən rejim və geri addım atmayan ABŞ-İsrail arasında sıxışıb qalıblar".(musavat.com)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.