RU

Finlandiya Xarici İşlər Nazirliyi Kiyevə hərbi yardımın artırılmasının vacibliyini bildirib

Finlandiyanın xarici işlər naziri Elina Valtonen yerli media qurumu Yleyə müsahibəsində Vladimir Putin və Rusiya ordusunun hərəkətləri barədə sərt fikirlər səsləndirib.

Doğru.az xəbər verir ki, nazirin sözlərinə görə, Rusiya liderinin Ukraynada sülh üçün real istəyi yoxdur və Moskva strateji qələbə qazana bilməyib.

Valtonen həmçinin Kiyevə hərbi yardımın artırılmasının vacibliyini vurğulayıb. O bildirib: “Finlandiya enerji böhranının öhdəsindən gəlmək üçün müdafiə təchizatı və yardım göndərir, lakin bu kifayət deyil. Daha çox iş görülməlidir”.

Rusiyaya qarşı artan təzyiqləri şərh edən nazir mövcud vəziyyəti “pişik-siçan oyunu” adlandıraraq prosesin mürəkkəbliyini etiraf edib.

Qeyd edək ki, daha əvvəl Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema Ukraynanın təcili şəkildə Rusiya ilə sülh razılaşmasına nail olmalı olduğunu bildirmişdi.

Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Norveçin “Rusiyadan təhdid” iddialarını əsassız adlandırıb.

DOĞRU.AZ

Избранный
25
dogru.az

1Источники