RU

Tramp "Netflix"dən idarə heyətinin üzvünü işdən çıxarmağı tələb etdi

BAKI, 22 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp "Netflix" şirkətinə çağırış edərək, sabiq milli təhlükəsizlik müşaviri Syuzan Raysi vəzifəsindən uzaqlaşdırmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" şəbəkəsində paylaşım edib.

O, "Netflix"i rasist və Tramp əleyhinə olan Raysı dərhal işdən çıxarmağa çağırıb, əks halda şirkətin nəticələrlə üzləşəcəyini bildirib.

Prezident əlavə edib ki, Rays heç bir istedad və ya bacarığa malik deyil, onun hakimiyyəti bitib və heç vaxt geri qayıtmayacaq. Tramp həmçinin paylaşımına sağçı fəal Lora Lumerin mesajının skrinşotunu əlavə edib. Lumer yazıb ki, Rays Konqresin aralıq seçkilərində və 2028-ci il prezident seçkilərində Demokrat Partiyasının qalib gəlməsi halında böyük biznes nümayəndələrini siyasi qərarlarına görə cavabdeh etməklə hədələyib.

Избранный
23
teleqraf.com

1Источники