RU

“Yuventus” ardıcıl beşinci oyununda qələbə qazana bilməyib

"Yuventus" İtaliya A Seriyasının 26-cı turunda “Komo”ya 2:0 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, Luçano Spallettinin komandası beləliklə, bütün yarışlarda ardıcıl beşinci oyunda qələbə qazana bilməyib.

Daha əvvəl “Yuventus” “Atalanta”ya 3:0 hesabı ilə məğlub olduqdan sonra İtaliya Kubokundan kənarlaşdırılmışdı. Bundan əlavə, “zebralar” A Seriyasında “İnter”ə 3:2 hesabı ilə uduzublar, “Latsio” ilə 2:2 heç-heçə ediblər, Çempionlar Liqasında isə “Qalatasaray”a 5:2 hesabı ilə ağır məğlub olublar.

“Yuventus”un hazırda 46 xalı var. 26 oyundan sonra komanda A Seriyasının turnir cədvəlində lider “İnter”dən 15 xal geridə qalaraq beşinci yerdədir.

İdman.Biz
Избранный
27
1
idman.biz

2Источники