RU

“Qorxmuruq, vuruşacağıq” – Kapitanın dostları gələcək

“Qubada oynamaq çox çətindir. Meydan yararsız vəziyyətdədir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın müdafiəçisi Arsen Agcabəyov deyib.

Ötən turda “Turan Tovuz”la bərabərə qalmaqla 8-ci pillədəki mövqeyini bərkidən “şirlər”i bu dəfə növbəti çətin imtahan gözləyir.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv debütant olmasına baxmayaraq, oynadığı futbol və qazandığı nəticələrlə diqqətləri üzərinə çəkən “İmişli”nin qonağı olacaq.

“Şamaxı”nın kapitanı Sportinfo.az-a komandasının qələbə şansından söz açıb:

“Bu, Qubaya ilk səfərimiz olacaq. Orda oynayan komandalar qazondan narazılıq edib. Qubada tək “İmişli”yə yox, həm də meydana qarşı ikiqat mübarizə aparmalıyıq.

“İmişli” ayda iki dəfə orada oynayır deyə, bir növ vəziyyətə alışıb. Bizim üçün yeni və çətin təcrübə olacaq.

Qorxmuruq, mübarizə aparıb, vuruşacağıq. Məqsədimiz həmişə olduğu kimi qələbə qazanmaqdır”.

Ağcabəyovun əslən şimal bölgəsindən olduğunu nəzərə alsaq, dost-tanışının Qubaya gəlib “Şamaxı”nı dəstəkləmək ehtimalı varmı?:

“Qohumlarla, dostlarla danışıram. Deyiblər, gələcəyik. Yəqin ki, gəlib oyuna baxar, dəstək nümayiş etdirərlər”.

Fevralın 22-də Quba İdman Kompleksinun meydanında baş tutacaq qarşılaşmanın start fiti saat 14:30-da çalınacaq.

HƏBİB

Избранный
21
sportinfo.az

1Источники