RU

Gimnastlarımız mübarizəyə başlayıblar

Azərbaycan gimnastları Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda uğurlu çıxış edərək, bir sıra proqramlarda final mərhələsinə vəsiqə qazanıblar.

Apasport.az xəbər verir ki, təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov finala yüksəliblər.

Onlar qarışıq sinxron proqramda da birlikdə çıxış edərək həlledici mərhələdə iştirak hüququ qazanıblar.

Sinxron proqramlarda Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların yarışında, Maqsud Mahsudov və Hüseyn Abbasov isə kişilərin mübarizəsində finalda mübarizə aparacaqlar.

Azərbaycan təmsilçiləri yamblinq üzrə yarışlarda da uğurlu nəticə göstəriblər. Tofiq Əliyev və Mixail Malkin təsnifat mərhələsini uğurla başa vuraraq həlledici raunda yüksəliblər.

Ümumilikdə yarışda Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil edirlər.

Qeyd edək ki, yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edir. Sabah final çıxışları baş tutacaq.

Gimnastların Bakı birinciliyi başa çatıb

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub

Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO

Избранный
13
apasport.az

1Источники