RU

Şəhid polkovnik-leytenant Abdullayev Rasimin anım mərasimi təşkil edilib » AzadMedia.az


Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun əziz xatirəsinə həsr olunan anım mərasimi təşkil edilib.
Hərbi Memorial Məzarlıqda keçirilən tədbirə Müdafiə Nazirliyinin nümayəndələri, ictimaiyyət təmsilçiləri, şəhidin ailə üzvləri, yaxınları və həmkarları qatılıblar.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib.
Çıxış edənlər torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən tarixi Qələbənin əhəmiyyətindən danışaraq, şəhidlərimizin göstərdikləri igidlik və rəşadət nümunələrini xüsusi vurğulayıblar. Onların şərəfli ömür yolu və Vətənə sədaqəti tədbir iştirakçıları tərəfindən ehtiramla anılıb.
Sonda şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Избранный
16
1
azadmedia.az

2Источники